Kokedən rekord göstərici

Kokedən rekord göstərici
Madrid “Atletiko”sunun kapitanı Koke rekorda imza atıb.

İspaniyalı yarımmüdafiəçi bunu La Liqanın 14-cü turunda “Malyorka” ilə görüşdə (1:0) meydana çıxmaqla reallaşdırıb.

Koke “Atletiko”nun heyətində bütün turnirlərdə oyun sayını 600-ə çatdırıb.

O, Madrid klubunda bunu bacaran ilk futbolçudur.
Gundelik-Baku.Org