“Mançester Siti” “Liverpul”la oyunda qələbəni əldən verib

“Mançester Siti” “Liverpul”la oyunda qələbəni əldən verib
Futbol üzrə İngiltərə Premyer Liqasında XIII tura start verilib.

AZƏRTAC xəbər verir ki, turun açılış oyunu “Mançester Siti” ilə “Liverpul” arasında keçirilib. “Etihad” stadionunda oynanılan görüşdə qalib müəyyənləşməyib – 1:1.

Hesabı 27-ci dəqiqədə “şəhərlilər”in hücumçusu Erlinq Holann açıb. İlk hissə meydan sahiblərinin minimal üstünlüyü ilə yekunlaşıb. Qonaqlar ikinci yarıda tarazlığı bərpa etməyə müvəffəq olublar. Trent Aleksander-Arnold 80-ci dəqiqədə yekun hesabı müəyyənləşdirib.

Bu nəticədən sonra komandaların turnir cədvəlindəki mövqeyi dəyişməyib. “Mançester Siti” 29 xalla liderliyini davam etdirir. Bir xal az toplayan “Liverpul” isə ikinci pillədə qərarlaşıb.

Günün digər matçlarında “Börnli” “Vest Hem”i, “Luton” “Kristal Pelas”ı, “Nyukals” “Çelsi”ni, “Nottingem Forest” “Brayton”u, “Şeffild Yunayted” “Bornmut”u, “Brentford” isə “Arsenal”ı qəbul edəcək.
Gundelik-Baku.Org