ÇL-da ikinci finalçı müəyyənləşir - "Siti" "Real"ı qəbul edəcək

ÇL-da ikinci finalçı müəyyənləşir - "Siti" "Real"ı qəbul edəcək
Bu gün UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinə yekun vurulacaq.
Bununla da ikinci finalçının adına aydınlıq gələcək.
Yarımfinalın ilk oyununda İspaniyada "Real Madrid"lə 1:1 hesablı heç-heçə edən "Mançester Siti" bu dəfə eyni rəqiblə İngiltərədə qarşılaşacaq. "Etihad" stadionundakı qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Görüşü polşalı FIFA referisi Şimon Marçinyak idarə edəcək.
UEFA Çempionlar Liqası
Yarımfinal, cavab oyunu
17 may

23:00. "Mançester Siti" (İngiltərə) - "Real Madrid" (İspaniya)
Baş hakim: Şimon Marçinyak (Polşa)
Mançester, "Etihad" stadionu
İlk oyun - 1:1.
Qeyd edək ki, bu cütün qalibi finalda İtaliya "İnter"inə rəqib olacaq.
Gundelik-Baku.Org