“Arsenal” rekorda imza atdı

“Arsenal” rekorda imza atdı
“Arsenal” İngiltərə futbolu tarixində bir mövsümdə 10 London derbisində qalib gələn ilk komanda olub.
“Topçular” bunu 34-cü turda evdə “Çelsi”yə qalib gəlməklə bacarıblar. Ümumilikdə, Mikel Artetanın komandasının cari çempionatda paytaxt klublarından heç bir məğlubiyyəti yoxdur. Bir mövsümdə 10 London derbisində qalibiyyət İngiltərə rekordudur.
“Arsenal” iki dəfə “Fulhem”i, “Tottenhem”i, “Kristal Pelas”ı və “Çelsi”ni məğlub edib. Komanda “Brentford” və “Vest Hem”lə oyunlarda isə iki qələbə və iki heç-heçəyə imza atıb.
“Arsenal” 78 xalla Premyer Liqanın lideridir. 76 xalı olan “Mançester Siti”nin ehtiyatda iki matçı da var.
Mənbə: “Squawka”
Gundelik-Baku.Org