10 günə 10 milyon izləyici...

10 günə 10 milyon izləyici...
Netflix-də yayımlanan “Wednesday” serialının ulduzu Jenna Orteganın populyarlığı günü gündən artır. 
20 yaşlı amerikan aktrisa son zamanlar sosial şəbəkələrin, forumların əsas ulduzuna çevirilib. 
O, 10 gün ərzində instaqram hesabında 10 milyon izləyici qazanıb. Aktrisanın rəsmi hesabında hazırda 21 milyondan çox abunəçi var.
Qeyd edək ki, ekran işi ilk həftəsində 340 milyon saatdan çox izlənib. Layihə “Netflix”in ən yaxşı açılış edən ingiliscə serialı olub.
Gundelik-Baku.Org