Çempionlar Liqasında ilk finalçı məlum oldu

Çempionlar Liqasında ilk finalçı məlum oldu
UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin cavab oyunlarına start verilib.
Turnirin ilk finalçısı İtaliyada bəlli olub.
Birinci oyunda “Milan”ı 2:0 hesabı ilə məğlub edən “İnter” cavab matçında da üstün olub - 1:0. Yeganə qolu 74-cü dəqiqədə Lautaro Martines vurub.
Beləliklə, iki oyunun cəmində rəqibindən 3:0 üstün olan “İnter” Çempionlar Liqasında ilk finalçı adını qazanıb.
Qeyd edək ki, yarımfinalın bu gün keçiriləcək digər oyununda İspaniya “Real”ı (Madrid) İngiltərədə “Mançester Siti”nin qonağı olacaq. Madriddəki ilk matçda 1:1 hesablı heç-heçə qeydə alınıb.
Gundelik-Baku.Org