Çempionlar Liqası: Yarımfinalda Milan derbisi keçiriləcək - AFİŞA

Çempionlar Liqası: Yarımfinalda Milan derbisi keçiriləcək - AFİŞA
Bu gün UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin ilk oyunlarına yekun vurulacaq.
İkinci matçda İtaliyanın “Milan” və “İnter” klubları üz-üzə gələcəklər. “San Siro”da baş tutacaq Milan derbisi Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.
Komandalar arasında cavab matçı mayın 16-da keçiriləcək.
UEFA Çempionlar Liqası, yarımfinal
İlk oyun
5 may
23:00. “Milan” (İtaliya) - “İnter” (İtaliya)
Baş hakim: Xesus Xil Mansano (İspaniya)
Milan, “San Siro” stadionu
Qeyd edək ki, yarımfinalın ilk oyununda İspaniyada “Real Madrid” və “Mançester Siti” heç-heçəyə razılaşıblar - 1:1.
Gundelik-Baku.Org