Mourinyonun REKORDU: Oyunçulardan daha çox qırmızı vərəqə alıb

Mourinyonun REKORDU: Oyunçulardan daha çox qırmızı vərəqə alıb
“Roma”nın baş məşqçisi Joze Mourinyo A Seriyasının 24-cü turunun “Kremoneze” ilə oyununda (1:2) qırmızı vərəqə alıb.
Xarici media məlumatına görə, bu, portuqaliyalı mütəxəssis üçün cari mövsümdə üçüncü qırmızı vərəqə olub. Bu, İtaliya çempionatının yüksək divizionunun istənilən oyunçusundan çoxdur.
Mourinyo cəza səbəbindən “Yuventus” (5 mart) və “Sassuolo” (12 mart) ilə görüşləri buraxacaq.
Gundelik-Baku.Org