Luçesku “Dinamo”dan gedir? – AÇIQLAMA

Luçesku “Dinamo”dan gedir? – AÇIQLAMA
Mirça Luçesku yaxın zamanda Kiyev "Dinamo"sunu tərk etməyəcək. 
Xarici media bildirir ki, rumıniyalı mütəxəssisin sözlərinə görə, o, fiziki gücə malik olduğu müddətdə komandada olacaq və buna görə də, hələlik Ukrayna klubundan getmək barədə düşünmür.
"Biz pandemiyaya düşdük, heç xəyal etmədiyimiz nəticələr əldə etdik. Bir il əvvəl "Şaxtyor" 23 xallıq üstünlüklə çempion oldu. Və bu komanda ilə "Şaxtyor"u 11 xal qabaqlayaraq çempion olduq. Beləliklə, bundan sonra komandadan ayrılmaq mümkün deyil.
Bir anlıq fiziki zəiflik olsa, təqaüdə çıxacağam. Amma nə qədər ki, biz irəliləyirik, ayrılmaqdan söhbət gedə bilməz”, - Luçesku vuröulayıb.
Xatırladaq ki, Mirça Luçesku 2020-ci ilin yayından "Dinamo"ya rəhbərlik edir. Onun klubla müqaviləsi 2024-cü ilin yayına kimi nəzərdə tutulub. Bu mövsümdə kiyevlilər “Dnepr-1” və Donetsk “Şaxtyor”undan sonra üçüncü yerdədir.
Gundelik-Baku.Org