Ukraynada Stiv Cobs küçəsi peyda oldu

Ukraynada Stiv Cobs küçəsi peyda oldu
İzyumda (Ukraynanın Xarkov vilayəti) adları Rusiya və SSRİ ilə bağlı olan 19 küçənin adı dəyişdirilib.
Belə ki, Vladimir Vısotski küçəsi bundan sonra Stiv Cobs küçəsi adlandırılacaq. Bunu İzyum merinin müavini Vladimir Matsokin özünün “Facebook” səhifəsində yazıb.
Bunun la yanaşı adları dəyişdirilən küçələrə Kiyev “Dinamo”sunun futbolçusu və məşqçisi Valeri Lobanovski, İsrailin keçmiş baş naziri Qolda Meirin adları verilib.
Xatıraladaq ki, hələ yay aylarında Kiyev hakimiyyəti Ukrayna paytaxtında adları Rusiya ilə bağlı olan 95 küçə, xiyaban və meydanın adının dəyişdirilməsini təsdiqləyib. O zaman ümumilikdə 296 obyekt səsverməyə çıxarılıb.
Mənbə: rbc.ru
Gundelik-Baku.Org