Ronaldoya Fransa klubuna keçməyi məsləhət gördü

Ronaldoya Fransa klubuna keçməyi məsləhət gördü
"Marsel"in və Portuqaliya millisinin sabiq müdafiəçisi Rolando portuqaliyalı hücumçu Kriştiano Ronaldoya Fransa klubuna keçməyi məsləhət görüb.
“Onun “Marsel”ə getməsini istərdim. Özünüzü aldatmağa ehtiyac yoxdur, Ronaldo hələ də Ronaldodur. “Marsel” kimi komandaya düşsəydi, ən azı 10 qol vurardı. Əminəm ki, o, kluba yaxşı kömək edəcək. Mən ona keçməyi məsləhət görərdimmi? Təbii ki, istənilən yaxşı futbolçunun “Marsel”ə keçidini dəstəkləyəcəm”, - xarici media bildirir ki, Rolando deyib. 
Bununla belə, Rolando deyib ki, Ronaldoya yaxşı hazırlaşmağı məsləhət görüb: “Çünki asan yer deyil. “Marsel” təkcə oyunlar zamanı deyil, günün 24 saatı şəhər həyatının mühüm bir hissəsidir. Ancaq bu, sehrli bir yerdir", - Roland vurğualyıb.
Gundelik-Baku.Org