Rusiya klubuna keçdi: Milli komandadan qovuldu

Rusiya klubuna keçdi: Milli komandadan qovuldu
Fransa Basketbol Federasiyasının (FFBB) prezidenti Jan-Pyer Siyuta millinin lideri Tomas Ertelin "Zenit"ə keçidi ilə əlaqədar milli komandada çıxışını dayandırdığını bildirib.
Federasiyanın rəhbəri “Bu gün onun daha milli komandada olmayacağını düşünürəm. Hər şey bitdi”, - deyə, sitat gətirib.
Ertel nə Rusiya, nə də Belarus klubları ilə müqavilə bağlamayacağına dair andiçmə sənədi imzalayıb. Bu, ona Avro-2022-də oynamağa və orada Fransa yığması ilə gümüş medal qazanmağa imkan verib.
Lakin Avropa çempionatının finalından cəmi üç gün sonra Ertel Rusiya klubuna keçib.
Gundelik-Baku.Org