Bakıda mənzildə meyit tapıldı

Bakıda mənzildə meyit tapıldı
Bakıda mənzildə meyit tapılıb.
Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Bildirilib ki, nazirliyin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Yasamal rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Çağırış ünvanına cəlb olunan FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1 nəfərin meyitini aidiyyəti üzrə təhvil veriblər.
Gundelik-Baku.Org