Kafedə iki nəfəri güllələdilər - Azərbaycanda

Kafedə iki nəfəri güllələdilər - Azərbaycanda
Bərdədə kafedə iki nəfər güllələnib.
APA xəbər verir ki, hadisə rayonun Bala Qəjər kəndində qeydə alınıb. Kənd sakini, 1964-cü il təvəllüdlü Rəcəb Məmmədov kənd ərazisində yerləşən kafedə aralarında yaranmış münaqişə zamanı həmkəndliləri Sərxan Əsədov və kafenin sahibi Eldar Məmmədova ov tüfəngindən atəşə açıb. Nəticədə ağır yaralanan şəxslər Bərdə Rayon Mərkəzi Xəstəxanasında çatdırılıb. Vəziyyətləri orta ağırdır. Faktla bağlı araşdırma aparılır.
Gundelik-Baku.Org