Bakıda bacı qardaşını bıçaqladı

Bakıda bacı qardaşını bıçaqladı
Bu gecə saat 02:30 radələrində Bakının Sabunçu rayonunda bacı qardaşını bıçaqlayıb.
Paytaxt sakini Püstə Məmmədova yaşadıqları evdə qardaşı, 1970-ci il təvəllüdlü Atamoğlan Məmmədova sol kürək və bel nahiyyəsinə 4 bıçaq xəsarəti yetirib.
Faktla bağlı Sabunçu Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə cinayət işi başlanılıb.
P.Məmmədova polis əməkdaşları tərəfindən saxlanılıb.
Gundelik-Baku.Org