Biləsuvarda "SƏBA"nın avtomobili qəzaya düşüb olub, ölən var

Biləsuvarda "SƏBA"nın avtomobili qəzaya düşüb olub, ölən var
Biləsuvarda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA bildirir ki, hadisə Ələt-Astara avtomobil yolunun Biləsuvar rayonundan keçən hissəsində qeydə alınıb. Hərəkətdə olan minik avtomobili yük avtomobilinə çırpılıb. 
Nəticədə Lənkəran rayonunun Liman şəhər sakini 28 yaşlı Vüqar Heyrət oğlu Əsgərli ölüb. Həmin nəqliyyat vasitəsində olan Lənkəran rayonunun Hirkan qəsəbə sakini 58 yaşlı Tofiq Abbas oğlu Salahlı baş nahiyəsindən xəsarət alaraq Biləsuvar Rayon Xəstəxanasına yerləşdirilib.
Qeyd edək ki, onların idarə etdiyi nəqliyyat vasitəsi "SƏBA" şirkətinə məxsus olub.
Faktla bağlı araşdırma aparılır.
Gundelik-Baku.Org