Beyləqanda maşın keçidin beton dirəyinə çırpılıb: Ölən var

Beyləqanda maşın keçidin beton dirəyinə çırpılıb: Ölən var
Beyləqanda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
“Report” xəbər verir ki, 1994-cü il təvəllüdlü Səbuhi Muxtarlı idarə etdiyi VAZ-21051 markalı avtomobillə Yuxarı Qarabağ kanalı-Daşburun yolunun Beyləqan rayonunun Mil qəsəbəsi ərazisindən keçən hissəsində idarəetməni itirərək avtomobil yolun üzərində quraşdırılmış keçidin beton dirəyinə çırpılıb.
Nəticədə sürücü aldığı xəsarətlərdən Beyləqan Rayon Mərkəzi Xəstəxanasında ölüb.
Faktla bağlı Beyləqan RPŞ-də cinayət işi başlanılmaqla istintaq aparılır.
Gundelik-Baku.Org