Azərbaycanda güclü zəlzələ oldu - İnsanlar küçələrə axışdı -YENİLƏNİB

Azərbaycanda güclü zəlzələ oldu - İnsanlar küçələrə axışdı -YENİLƏNİB
Xəzər dənizində 5,7 bal gücündə zəlzələ baş verib.
Bu barədə Seysmoloji Xidmət Mərkəzindən bildirilib.
Qeyd edək ki, zəlzələ Azərbaycanın bir neçə rayonunda və paytaxt Bakıda hiss olunub.
xxx
00:03
Azərbaycanın bir sıra şəhərlərində zəlzələ baş verib.
Yeraltı təkanlar Bakı, Sumqayıt, Xırdalan və Xaçmaz şəhərlərində hiss edilib.
Zəlzələnin 5,5 bal gücündə olduğu bildirilir. İnsanlar evlərini tərk edərək küçələrə axışıblar. Zəlzələ nəticəsində dağıntı və tələfat barədə heç bir məlumat yoxdur.
 
Gundelik-Baku.Org