Azərbaycanda yenə zəlzələ oldu - YENİLƏNİB

Azərbaycanda yenə zəlzələ oldu - YENİLƏNİB
Azərbaycanın daha bir rayonunda zəlzələ olub. 
Zəlzələlərin tədqiqatı bürosundan verilən məlumata əsasən, yerli vaxtla saat 12:27-də Gədəbəy  stansiyasından 37 km şimal-şərqdə, Şəmkir rayonunda zəlzələ qeydə alınmışdır. Zəlzələ hiss olunmayıb.  
***
İsmayıllı rayonunda 4,2 maqnitudada zəlzələ olub.
Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosundan məlumat verilib.
Zəlzələ yerli vaxtla saat 11:09-da İsmayıllı stansiyasından 6 km şimalda qeydə alınıb.
Zəlzələ epsentirdə 4 bala qədər hiss olunub.
Gundelik-Baku.Org