10 gün əvvəl avtomobillə vurulan piyada ÖLDÜ

10 gün əvvəl avtomobillə vurulan piyada ÖLDÜ
Aprelin 7-də Qəbələ şəhəri ərazisində sürücü Rahim Abdullayev idarə etdiyi “Mercedes” markalı avtomobillə 1968-ci il təvəllüdlü piyada, rayonun Vəndam qəsəbə sakini Yaqub Hacıyevi vurub.
"Unikal"ın məlumatına görə, piyada xəstəxanaya yerləşdirilib və tibbi yardım göstərilməsinə baxmayaraq bu gün səhər saatlarında vəfat edib. 
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki,  piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı rayon polis şöbəsində cinayət işi başlanılıb, istintaq aparılır.
Gundelik-Baku.Org