Bakıda dəmiryolu vağzalında silahlı şəxs saxlanıldı

Bakıda dəmiryolu vağzalında silahlı şəxs saxlanıldı
Bakıda dəmiryol stansiyasında silahlı şəxs yaxalanıb. 
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Nəqliyyatda Baş Polis İdarəsinin Dəmir Yolu Nəqliyyatında Polis İdarəsi əməkdaşları əldə olunan məlumat əsasında Hövsan dəmir yolu stansiyası ərazisində keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılan Bərdə rayon sakini Rövşən Cabbarlıdan “FEG 37M” markalı tapança aşkar olunaraq götürülüb.
Gundelik-Baku.Org