Bakıda satıcı 24 minlik maşın yağı oğurladı

Bakıda satıcı 24 minlik maşın yağı oğurladı
Bakıda fabrik qarət olunub.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, hadisə Sabunçu rayonunun Bakıxanov qəsəbəsində qeydə alınıb. Burada yerləşən fabrikin anbarından 24.000 manat dəyərində mühərrik yağının qeyri-aşkar şəraitdə oğurlanması barədə polisə məlumat daxil olub.
Sabunçu rayon Polis İdarəsinin 13-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlində şübhəli bilinən orada satıcı işləyən Ağdam rayon sakini, əvvəllər də oğurluğa görə məhkum olunmuş Mahir Səfərov müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.
Gundelik-Baku.Org