Dəmir yolundan oğurluq edən şəxs saxlanıldı

Dəmir yolundan oğurluq edən şəxs saxlanıldı
Xaçmazda dəmir yolundan oğurluq edən şəxs saxlanılıb.
Bu barədə DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan məlumat verilib.
Belə ki, Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinin Xaçmaz Xətt Polis Şöbəsinin əməkdaşları dəmir yolunun Sitalçay ərazisindən keçən işlək dəmir yolu xətlərindən rels yanlıqlarını oğurlamaqda şübhəli bilinən Xızı rayon sakini Ruslan Qədirovu saxlayıblar.
Araşdırmalar zamanı həmin şəxsin ümumilikdə 95 ədəd rels altlığı, 26 ədəd sıxac və 164 ədəd “kastil” oğurladığı məlum olub.
Faktla bağlı araşdırma aparılır.
Gundelik-Baku.Org