Britni Spirsin öldüyü iddia olunur

Britni Spirsin öldüyü iddia olunur
Sosial şəbəkələrdə Britni Spirsin öldüyü iddia edilib.
Şübhəyə səbəb isə son günlər onun hesabında edilən paylaşımlardır. Belə ki, ötən günlərdə doğum gününü qeyd edən Britninin yayılan videoda olmaması diqqət çəkib. Həyat yoldaşı Sam Asqarinin olduğu kadrlarda isə Spirsin səsi gəlsə də, sözügedən yazının başqa zaman qeyd edildiyi, sonradan videoya əlavə olunduğu bildirilib.
Bundan başqa müğənninin uzun müddətdir paparatsiyalar tərəfindən görüntülənməməsi, həmçinin, sosial media hesabında davamlı olaraq köhnə görüntülərin paylaşılması da müəmmaları artırıb.
Belə ki, Britninin son “reels” videolarının hamısı köhnə evindəndir. Müğənni isə həmin malikanədən uzun müddətdir köçüb.
Bütün bu ittihamlardan sonra ötən gecə Britninin səhifəsində yeni video paylaşılıb və onun Samla Nyu-Yorka getdiyi bildirilib.
İzləyicilər isə yenə də paylaşılan videonun köhnə olduğunu bildirib. Gerçək olması halında Nyu-York əhlini Britnini gördüyü yerlərdə çəkməsini istəyib.


Gundelik-Baku.Org