MDB dövlət başçıları rus dilini tanıdmaq üçün təşkilatın yaradılması barədə razılığa gəliblər

MDB dövlət başçıları rus dilini tanıdmaq üçün təşkilatın yaradılması barədə razılığa gəliblər
Astanada keçirilən sammitdə MDB dövlət başçıları rus dilini dəstəkləmək və tanıdmaq üçün beynəlxalq təşkilatın yaradılması barədə razılığa gəliblər. Bu barədə qərar MDB Dövlət Başçıları Şurasının cümə günü, oktyabrın 14-də keçirilən iclasında qəbul edilib.
Təşkilatın əsas vəzifəsi “rus dili ilə MDB-yə üzv dövlətlərin dillərinin sıx harmoniyasına əsaslanan mədəni-humanitar əməkdaşlığın qorunub saxlanılması və möhkəmləndirilməsidir”. Bu barədə MDB İcraiyyə Komitəsinin saytında məlumat verilib.
MDB-nin nəzdində rus dilinin dəstəklənməsi və tanıdılması üzrə təşkilatın yaradılması təşəbbüsü oktyabrın 7-də Birlik liderlərinin Sankt-Peterburqda keçirilən qeyri-rəsmi sammitində Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev tərəfindən səsləndirilib.
Rusiya prezidenti Vladimir Putin bu fikri dəstəkləyərək, Moskvanın bunun üçün ən böyük yardımı göstərəcəyini bildirib.
Eyni zamanda, Rusiya lideri xatırladıb ki, MDB dövlət başçıları 2020-ci ilin dekabrında 2023-cü ilin MDB-də millətlərarası ünsiyyət dili kimi rus dili ili elan edilməsi barədə qərar qəbul ediblər.
Gundelik-Baku.Org