Bayden Nyu-York ştatında fövqəladə vəziyyət elan etdi

Bayden Nyu-York ştatında fövqəladə vəziyyət elan etdi
ABŞ prezidenti Cozef Bayden güclü qar yağması səbəbindən Nyu-York ştatında fövqəladə vəziyyət elan edib. 
"The Washington Times" xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, dövlət başçısı şiddətli tufan və qar fırtınasının nəticələrinin aradan qaldırılması üçün ştat və yerli hakimiyyət orqanlarının səylərinə əlavə olaraq federal yardımın göstərilməsinə göstəriş verib. 
Gundelik-Baku.Org