Bolqarıstan da Ukraynaya silah tədarükünə başladı

Bolqarıstan da Ukraynaya silah tədarükünə başladı
Bolqarıstanın Müdafiə Nazirliyi Ukraynaya silah tədarükünə başlayıb.
Bu barədə dekabrın 23-də mətbuat konfransında Bolqarıstanın müdafiə qərargahının rəhbəri, admiral Emil Eftimov məlumat verib.
"Parlamentin qərarı qüvvəyə minib və biz NATO-nun hərbi qurumları ilə birgə planlaşdırılan və müdafiə naziri tərəfindən təsdiqlənən çatdırılma əməliyyatına başlamışıq", - Eftimov bildirib.
Dekabrın 9-da Bolqarıstan parlamenti hökumətin hazırladığı Kiyevə göndəriləcək silahların siyahısını təsdiqləyib. Sofiyanın əsasən yüngül silah-sursat göndərəcəyi qeyd edilib.
Gundelik-Baku.Org