Almaniya ordusuna dair hesabat: NATO üçün yetərsizdir

Almaniya ordusuna dair hesabat: NATO üçün yetərsizdir
Almaniya ordusunun NATO-nun vəzifələrini yalnız məhdud dərəcədə yerinə yetirə bildiyi ortaya çıxıb.
Ölkənin Müdafiə Komitəsinə təqdim olunan hesabata görə, orduda silah-sursat, texnika və əməliyyat baxımından çatışmazlıqlar var. Qeyd edilir ki, ağır döyüş silahları və texnikası təmir tələb edəcək qədər köhnədir, sursat çatışmazlığı var, əsas hərbi texnika, hətta əsgərlərin termal corabları belə yetərli deyil.
Müvafiq məlumat Almaniyanın Müdafiə Nazirliyinin hazırladığı məxfi hesabatda yer alıb.
Ordusunun modernləşdirilməsinə 100 milyard avro ayıran Almaniyada ordu NATO çərçivəsində beynəlxalq öhdəliklərini tam yerinə yetirməkdə çox çətinlik çəkəcək.
Hesabatda döyüş gəmilərində silah, hava hücumundan müdafiə sistemləri və müasir rabitə texnologiyasındakı problemlər bir-bir qeyd edilib.
Vurğulanıb ki, silahlı qüvvələr üçün əməliyyat hazırlığı yenidən qurulmalıdır.
Almaniya ordusunun maddi, şəxsi heyəti və təlim vəziyyətinin pis olduğuna diqqət çəkən hesabatda Almaniya donanmasının Livan sahillərində Birləşmiş Millətlər Təşkilatının missiyasına bir gəmi belə, göndərə bilməyəcəyi də vurğulanıb.
Mənbə: TRT Haber
Gundelik-Baku.Org