Rus hərbçiləri Ukraynada 447 uşağı qətlə yetiriblər

Rus hərbçiləri Ukraynada 447 uşağı qətlə yetiriblər
Rusiya Federasiyasının Ukraynaya hücumu nəticəsində 447 uşaq həlak olub, 856 uşaq yaralanıb.
Bu barədə Ukrayna Baş Prokurorluğu məlumat yayıb. 
"2022-ci il dekabrın 15-i səhər saatlarına Rusiya Federasiyasının genişmiqyaslı silahlı hücumu nəticəsində Ukraynada 1303-dən çox uşaq xəsarət alıb. 447 uşaq ölüb, 856-dan çox uşaq isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar", - məlumatda deyilir.
Gundelik-Baku.Org