Moskvada 143 illik rekord yeniləndi

Moskvada 143 illik rekord yeniləndi
Rusiyanın Moskva şəhərində hava 9,6 dərəcəyə qədər istiləşib.
Bu barədə Moskva meteoroloji bürosu xəbər verir.
“Noyabrın 12-nə olan temperatur rekordu bütün 143 illik meteoroloji müşahidələr tarixində yenilənib”, - deyə qeyd edilir.
Moskva üçün əvvəlki rekord 2010-cu il noyabrın 12-də, paytaxtda havanın temperaturunun 9,3 dərəcəyə qədər qalxdığı vaxtda müəyyən edilib.
Sinoptiklər paytaxtda havanın 11-12 dərəcə isti olacağını proqnozlaşdırırlar. Temperatur rekordunun son göstəricisi isə axşam saatlarında məlum olacaq.
Agentlik qeyd edib ki, Moskvada 1879-cu ildən davamlı meteoroloji müşahidələr aparılır.
Mənbə: İnterfaks
Gundelik-Baku.Org