Minskdə yaşayış binasında partlayış: 6 nəfər öldü

Minskdə yaşayış binasında partlayış: 6 nəfər öldü
Minskdə yaşayış binasında partlayış nəticəsində biri uşaq olmaqla altı nəfər ölüb.
Bu barədə Belarus İstintaq Komitəsinin mətbuat xidməti xəbər yayıb.
Bildirilir ki, hadisəyə səbəb yaşayış binasındakı qaz sızması olub.
Hadisə ilə əlaqədar xilasedicilər binadan 20 nəfəri təxliyə ediblər. Faktla bağlı araşdırma aparılır.

Gundelik-Baku.Org