TikTok Rusiyada 500 nəfəri işdən çıxardı

TikTok Rusiyada 500 nəfəri işdən çıxardı
TikTok sosial şəbəkəsinin Moskvadakı bölməsi işçilərinin əksəriyyətini ixtisar edib.
Bu barədə “Forbes” nəşri məlumat yayıb.  Qeyd olunub ki, 500-ə qədər adam işdən çıxarılıb və şirkətdə Dubaya köçürülə bilən cəmi 10 nəfərin qalıb. Həmçinin Rusiyadakı ofis işçilərə yeni ofisin açıldığı Qazaxıstana köçməyi təklif edib.
TikTok-un mətbuat xidməti bildirib ki, 2022-ci ildə ölkədə xidmətin fəaliyyəti ilə bağlı müəyyən qərarlar qəbul edilib. Ona görə də indi Rusiyada kadrlar ixtisar olunub. Eyni zamanda, şirkət özü ixtisar edilən işçilərin sayını və işdən çıxarılma səbəblərini açıqlamamaq qərarına gəlib.
Gundelik-Baku.Org