“Meta” minlərlə işçini ixtisar edəcək

“Meta” minlərlə işçini ixtisar edəcək
ABŞ-ın “Meta” şirkəti bir neçə min əməkdaşını işdən çıxarmağı planlaşdırır.
Xarici mətbuatda yer alan məlumata görə, “Meta”da kütləvi ixtisarların rəsmi elanı noyabrın 9-da gözlənilir.
Hazırda “Meta” şirkətinin heyəti 87 min nəfərə çatır.
Gundelik-Baku.Org