Azərbaycanda “TikTok”a giriş bərpa edildi

Azərbaycanda “TikTok”a giriş bərpa edildi
Azərbaycanda "Tik-Tok" sosial şəbəkəsinə qoyulan qadağa ləğv edilib.
Hazırda sosial şəbəkədən istifadə sərbəstdir.
Qeyd edək ki, bir müddət əvvəl “TikTok” sosial şəbəkəsinin Azərbaycan ərazisində yayımlanması dayandırılıb. Buna səbəb sosial şəbəkə resursunda ordumuzun uğurlarına kölgə salan, hərbi sirləri özündə əks etdirən, cəmiyyətdə yanlış fikir formalaşdırmaq məqsədi güdən məlumatlar yayımlanması olub.
Gundelik-Baku.Org