Sabiq icra başçısının general oğlu bu səbəbdən İŞDƏN ÇIXARILDI (YENİLƏNİB)

Sabiq icra başçısının general oğlu bu səbəbdən İŞDƏN ÇIXARILDI (YENİLƏNİB)
Baş Prokurorluqda Dövlət Təhlükəsizliyi və Sərhəd Xidməti Orqanlarının İstintaqına Nəzarət İdarəsinin rəisi Ramil Məcidovun işdən çıxarılma səbəbi məlub olub.  
R.Məcidov vəzifə səlahiyyətləri normal yerinə yetirə bilmədiyinə və bir sıra uyğunsuz hərəkətlərinə görə işdən çıxarılıb. Bildirilir ki, o, səhər saatlarında iş otağına daxil olandan sonra heç kimi qəbul etmirmiş və bir neçə saat kabinetin qapısını qeyri-müəyyən səbəblərdən bağlı saxlayırmış.
Bundan əlavə, onun şəxsi həyatında da prokurorluq orqanının general rütbəli məmuruna uyğun olmayan məqamların olduğu bildirilir. Buna səbəb də onun ailə münasibətlərinə zidd hərəkətləri olub. Onun Solmaz Xəlilova adlı bir xanımdan nikahdankənar qız övladının olduğu da bildirilir. Son günlər isə R.Məcidovun erməni əsilli Lalə adlı bir xanımla münasibətdə olduğu da bildirilir. R.Məcidovun bu əməllərinə görə 4 övladı olan həyat yoldaşı ondan ayrılıb. 
Güman edilir ki, məhz bu səbəblərə görə Baş Prokuror Kamran Əliyev haqlı olaraq R.Məcidovun vəzifədən kənarlaşdırılması barədə qərar verib.
*****
Baş Prokurorluqda kadr islahatı olub.
Oxu.Az xəbər verir ki, bununla bağlı baş prokuror Kamran Əliyev əmr imzalayıb.
Əmrə əsasən, Baş Prokurorluqda Dövlət Təhlükəsizliyi və Sərhəd Xidməti Orqanlarının İstintaqına Nəzarət İdarəsinin rəisi Ramil Məcidov işdən çıxarılıb. 
 
Ramil Məcidov  Göyçay rayonun  sabiq icra başçısı Mehdi Səlimzadənin oğlu, Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun isə keçmiş kürəkənidir. /unikal.org
Gundelik-Baku.Org