İlon Maskın “Twitter”lə bağlı planları mətbuata sızdı

İlon Maskın “Twitter”lə bağlı planları mətbuata sızdı
“Tesla” və “SpaceX”in qurucusu İlon Mask “Twitter” sosial şəbəkəsini aldıqdan sonra şirkətdə yeniliklər planlayıbmış.
Etibarlı mənbədən mətbuata sızan xəbərə görə, “Twitter”i 44 milyard dollara almaq niyyətində olduğunu açıqlayan Mask işçilərin 75 faizini ixtisar edəcək. Bununla belə, o da vurğulanır ki, sövdələşmə baş tutmasa belə, şirkət böyük miqyaslı ixtisarlara məruz qalacaq.
Belə ki, “Twitter” rəhbərləri işçilərin təxminən 1/4-nin ixtisarına səbəb olacaq əməkhaqqı fondunu azaltmaq, həmçinin şirkətin infrastrukturunun bir hissəsini satmaq istəyirlər.
Mənbə: The Washington Post
Gundelik-Baku.Org