Aİ İrana qarşı yeni sanksiyalar paketini təsdiqlədi

Aİ İrana qarşı yeni sanksiyalar paketini təsdiqlədi
Avropa İttifaqı (Aİ) İrana qarşı yeni sanksiyalar paketini təsdiqləyib.
Bununla bağlı qərar bu gün Brüsseldə xarici işlər nazirlərinin iştirakı ilə keçirilən Aİ Xarici İşlər Nazirləri Şurasının iclasında qəbul olunub.
Almaniyanın xarici işlər naziri Annalena Berbok bildirib ki bu sanksiyalarla Avropa İttifaqı Tehrandakı İran rejiminə yeni, birmənalı siqnal göndərir: "İnsan haqları bölünməzdir. İran İslam İnqilabı Keşikçiləri Qvardiyasının güc dairəsinə və onun maliyyələşməsinə təsir edən növbəti sanksiyalar paketini yenicə qəbul etdik. Və 16 dövlətlə birgə biz İranda baş verən cinayətləri BMT İnsan Haqları Şurasının gündəliyinə salmağı bacardıq. Nə Tehranda, nə Məşhəddə, nə də İsfahanda heç kim törədəcəyi cinayətlərin nəticəsiz qalacağına inanmamalıdır. Avropa və dünya baş verənləri izləyir, biz izləməyə davam edəcəyik və daha çox sanksiya siyahı hazırlayacağıq", Annalena Berbok bildirib.
Gundelik-Baku.Org