Gömrük Komitəsi büdcəyə 5 milyard manat köçürüb

Gömrük Komitəsi büdcəyə 5 milyard manat köçürüb
Yanvar-noyabr aylarında Dövlət Gömrük Komitəsi tərəfindən büdcəyə daxilolmalar 5 milyard 89 milyon 591 min manat olub.
Komitədən verilən məlumata görə, on bir ayda gömrük rüsumları üzrə dövlət büdcəsinə daxilolmalar 1 milyard 261 milyon 14 min manat, əlavə dəyər vergisi üzrə 3 milyard 621 milyon 416 min manat, aksizlər üzrə 149 milyon 815 min manat, yol vergisi üzrə isə 57 milyon 346 min manat təşkil edib.
Gundelik-Baku.Org