NATO Rusiya ordusunu 3 günə MƏHV EDƏR

NATO Rusiya ordusunu 3 günə MƏHV EDƏR
"NATO qüvvələri ilə Rusiya ordusu arasında birbaşa qarşıdurma olarsa, Alyansın qələbəsi tez görünəcək. Xüsusilə, üç gün ərzində".
Xarici KİV xəbər verir ki, bu barədə amerikalı respublikaçı konqresmen Adam Kinzinger məlumat verib.
Belə ki, sosial şəbəkə istifadəçisinin  “Rusiya hərbçiləri bu qədər pafosludursa, niyə NATO onları hələ də məğlub etməyib?” sualına Kinzinger  “Ümid edirəm ki, bu zarafatdır. Çünki (qarşıdurma - red.) NATO Rusiyaya qarşı üç günlük əməliyyatda onları tamamilə məhv edər", - deyə cavab verib. 
Qeyd edək ki, Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı müharibəsinin 300 gündür ki,  davam edir. 
Gundelik-Baku.Org