"Ukraynaya dəqiq idarə olunan raketlər çatdıracağıq" - İsrail

"Ukraynaya dəqiq idarə olunan raketlər çatdıracağıq" - İsrail
İsrail İranla hərbi əməkdaşlıq etdiyinə görə Rusiyaya etiraz notası verib.
Bu barədə İsrail XİN məlumat yayıb 
İsrail hesab edir ki, İran artıq təhvil verilmiş Şahed-136 pilotsuz təyyarələrinə əlavə olaraq Rusiyaya ballistik raketlər də ötürməyə hazırlaşır. Bununla bağlı İran və Rusiya arasında hərbi əməkdaşlığa etiraz edilib və İsrailin Moskvadakı səfiri bununla bağlı müvafiq notanı Rusiya xarici işlər nazirinin müavini Mixail Boqdanova təqdim edib.
Eyni zamanda, İsrail Milli Təhlükəsizlik Qərargahının rəhbəri Eyal Hulata Rusiyaya xəbərdarlıq edib: İran Rusiyadan ballistik raketlər alarsa, Ukraynaya dəqiq idarə olunan raketlər çatdıracağıq".
Gundelik-Baku.Org