Lukaşenko döyüş hazırlığının qəfil yoxlanılmasını əmr etdi

Lukaşenko döyüş hazırlığının qəfil yoxlanılmasını əmr etdi
Belarusda döyüş hazırlığının qəfil yoxlanılmasına başlanılıb. 
Bu barədə respublikanın Müdafiə Nazirliyi bildirib.
"Belarus Respublikası Prezidentinin - Belarus Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanının göstərişi ilə Təhlükəsizlik Şurasının Dövlət Katibliyinin rəhbərliyi ilə qəfil döyüş hazırlığının yoxlanılmasına başlanılıb", - Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Tədbirlərin kompleks xarakter daşıyacağı, qoşunların qısa müddətdə təyin olunmuş ərazilərə irəliləməsi, mühəndis texnikasını tətbiq etməli, mühafizə və müdafiəni təşkil etməli, Neman və Berezina çayları üzərindən körpü keçidləri tikməli olduğu izah edilir.
Gundelik-Baku.Org