Kovboy filmlərinin ulduzu vəfat edib

Kovboy filmlərinin ulduzu vəfat edib
Bir çox vestern filmlərində rol almış məşhur amerikalı aktyor Endryu Prayn 86 yaşında vəfat edib.
Məlumata görə, o, həyat yoldaşı, aktrisa və prodüser Hizer Lou ilə Fransada tətildə olarkən təbii səbəblərdən dünyasını dəyişib.
Prayn “Möcüzə yaradan” (“The Miracle Worker”/1962) filmində Helen Kellerin qardaşını və “Qorxulu qürubu olan şəhər” (“The Town That Dreaded Sundown”/1976) kult klassikində Ben Consonla birlikdə serial qatilini ovlayan hüquq mühafizəçi rolunu oynayıb. Daha sonra “Gettisburq”da (“Gettysburg”/1993) konfederasiya generalı Richard B.Garnett rolunu canlandırıb.
1962-63-cü illərdə Prayn NBC-nin “Geniş ölkə” (“Wide Country”) serialında Erl Hollimanın kiçik qardaşı rolunu oynayıb. Dörd il sonra o, NBC-nin digər vesternində “Qərb yolu” (“The Road West”) Barri Sallivanın böyük oğlu rolunu oynayıb.
Mənbə: Gazeta.ru
Gundelik-Baku.Org