Onlar evlənmək istəyir!

Onlar evlənmək istəyir!
Son illər Hollivudun ən populyar cütlüklərindən olan aktyorlar Tom Holland və Zendaya eşqlərinin yeni etapına keçmək istəyirlər.
Xarici media yazır ki, sənətçilər ailə qurmaq istəyirlər. Bu haqda söz-söhbətlər yayılsa da, hələ ki toy tarixi barədə məlumatlar paylaşılmayıb.
Qeyd edək ki, cütlük 2016-cı ildə “Spider-Man: Homecoming” filminin çəkiliş meydançasında tanış olub. Marvel filmi 2017-ci ildə kinoteatrlara çıxan zaman onların eşq yaşaması barədə dedi-qodular yayılmışdı, lakin bu sevgi münasibəti öz təsdiqini 2021-ci ildə tapıb. Onların romantik görüntlərini PDA yaymışdı.
Yenə də cütlük çox şeyi gizlətməyə üstünlük verir.
“Şöhrətimizin mənfi tərəflərindən biri odur ki, məhrəmiyyət artıq bizim nəzarətimizdə deyil və bir-birini çox sevən iki insan arasında olduğunu düşündüyünüz bir an indi bütün dünya ilə paylaşılır”, - deyə, Holland GQ-ya müsahibəsində söyləmişdi.
Tom sevgililikləri ilə bağlı suallara “Bu, Zendayasız danışa biləcəyim bir söhbət deyil. Bilirsiniz, mən ona çox hörmət edirəm. Bu, mənim hekayəm deyil. Bu, bizim hekayəmizdir və bu barədə birlikdə danışmağa hazır olanda danışacağıq”, - deyə, cavab verib.
Mənbələr bildirib ki, onların münasibətinin ictimaiyyətə açıqlanması cütlüyün sevgi hekayəsini daha inamlı və güclü edib.
Sıx iş qrafiklərinə baxmayaraq, cütlük birlikdə keçirmək üçün zaman tapırlar.
Gundelik-Baku.Org