Yermak Ukraynanı sülhə çağıranları axmaq adlandırdı

Yermak Ukraynanı sülhə çağıranları axmaq adlandırdı
"Rusiya Federasiyası ilə Kiyevi fərqli şərtlərlə sülh danışıqlarına çağıran insanlar “faydalı axmaqlardır”". 
"The Washington Post" xəbər verir ki, bunu Ukrayna prezidentinin ofisinin rəhbəri Andrey Yermak deyib.  
"Qərbdəki faydalı axmaqlar getdikcə daha yüksək səslə sülhə çağırırlar. Deyəsən, bəziləri təəssüf ki, onları eşidir. Keçmiş və indiki siyasətçilər, nüfuzlu iş adamları Kremllə danışıqlara çağırır. Ukrayna sülh axtarır və buna can atır. Amma bizim şərtlərimiz bəllidir", - ukraynalı siyasətçi vurğulayıb.
Həmçinin, Yermak Moskvanın “nüvə şantajı” ilə məşğul olduğunu ifadə edib. 
Gundelik-Baku.Org