Laos Rusiya təyyarələri üçün hava məkanını bağladı

Laos Rusiya təyyarələri üçün hava məkanını bağladı
Laos dekabrın 12-də “Aeroflot” təyyarələrinin öz ərazisi üzərindən uçuşuna qadağa qoyub.
Bu barədə Rusiya aviaşirkətinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, əvvəlki razılaşmalara baxmayaraq, Laos hakimiyyəti ölkənin hava məkanını Rusiya təyyarələri üçün bağlayıb. Bu səbəbdən, Vladivostokdan Banqkoka uçuşlar yanacaq doldurmaq üçün aralıq dayanacaqla uzadılmış marşrut üzrə gedir.
Hazırda aviaşirkət Laos nümayəndələri ilə hava dəhlizi ilə bağlı danışıqlar aparır. Aviaşirkətdən bildirilib ki, məsələnin müsbət həllinə ümid var.
Mənbə: rossaprimavera.ru
Gundelik-Baku.Org