"Rusiya ölkənin hava məkanını pozarsa..." - Maya Sandu

"Rusiya ölkənin hava məkanını pozarsa..." - Maya Sandu
Rusiya ölkənin hava məkanını pozarsa, lazımi müdafiə tədbirləri görüləcək. 
Bunu Moldova prezidenti Maya Sandu deyib.
"Əgər Rusiya bu yolla suverenlik və ərazi bütövlüyünə hansısa şəkildə təcavüz etməyə cəsarət etsə, təbii ki, biz qoruyucu tədbirlər görəcəyik", - Sandu bildirib.
Eyni zamanda, o, vəziyyətin belə bir mərhələyə çatmayacağına ümid edib. 
Qeyd edək ki, oktyabrın 10-da Moldovanın Xarici İşlər və Avropaya İnteqrasiya Nazirliyi (MİAEI) Rusiyanı respublikanın hava məkanını pozmaqda ittiham edib.
Gundelik-Baku.Org