Rusiyada 120-dən çox məktəb qrip və SARS-a görə bağlandı

Rusiyada 120-dən çox məktəb qrip və SARS-a görə bağlandı
Rusiyanın Saratov vilayətinin 120-dən çox məktəbi bölgədə qrip və SARS ilə bağlı epidemioloji vəziyyətə görə karantinə alınıb.
Bu barədə Təhsil Nazirliyinin mətbuat xidməti məlumat yayıb. 
“Müəyyən edilmiş SARS və qripə yoluxma halları ilə əlaqədar 127 məktəb  və 18 uşaq bağçası, həmçinin Rtişşev Politexnik Liseyi tamamilə bağlanıb”, - idarədən bildirilib.
Eyni səbəbdən 204 məktəbdə 1369 sinif, 81 uşaq bağçasında 168 qrup qismən karantinə alınıb.
Bundan əvvəl Omskda məktəb və uşaq bağçalarının kütləvi şəkildə karantin üçün bağlandığı bildirilmişdi .
Gundelik-Baku.Org