Rusiyanın 74 regionunda donuz qripi AŞKARLANDI

Rusiyanın 74 regionunda donuz qripi AŞKARLANDI
Rusiyada donuz qripinə yoluxma halları artır.
Rusiya mediası xəbər verir ki, ölkənin 74 regionunda donuz qripi aşkarlanıb.
Məlumata əsasən, ölkədə kəskin respirator virus infeksiyası və qripə yoluxma son bir həftə ərzində 23 faiz artıb.
Rusiyanın səhiyyə naziri Mixail Muraşko əhalini ictimai yerlərdə maska taxmağa çağırıb. Onun sözlərinə görə, hazırda qrip və koronavirus infeksiyası sürətlə yayılır.
Qeyd olunub ki, Yeni il bayramlarından sonra və fevralın sonlarında infeksion xəstəliklərin yayılması pik həddə çatacaq.
Gundelik-Baku.Org