Putin Baydenlə görüşəcək?

Putin Baydenlə görüşəcək?
"Hazırda iki ölkə arasında Putin və Baydenin görüşü ilə bağlı heç bir təmas yoxdur."
Bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib.
Onun sözlərinə görə, Moskva və Vaşinqton Ukraynadakı vəziyyətlə bağlı heç bir danışıqlar aparmır.
“İstənilən münaqişə danışıqlar masası arxasında bitir. Təbii ki, ilk növbədə, söhbət Rusiya Federasiyasının qarşıya qoyduğu məqsədlərə nail olmaqla, xüsusi hərbi əməliyyatın mümkün qədər tez başa çatdırılmasından gedir”, - deyə Peskov bildirib.
Bundan əvvəl ABŞ prezidenti Co Baydenin rusiyalı həmkarı Vladimir Putinlə görüşə hazır olduğu bildirilib. Bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi brifinqdə bildirib.
Gundelik-Baku.Org