Ana pişiklə oynayan qızını döyüb öldürdü

Ana pişiklə oynayan qızını döyüb öldürdü
3 yaşlı qızını tərliklə döyüb öldürən ananın məhkəməsi keçirilib.
Lent.az Türkiyə mediasına istinadla bildirir ki, hadisə Ankara şəhərində baş verib. 36 yaşlı Şərifə Lüləçioğlu pişiklərlə oynadığı üçün 3 yaşlı qızı Elifə əsəbiləşib.
Məhkəmədə dindirilən şəxs həmçinin epilepsiya xəstəsi olduğunu da qeyd edib. Ş. Lüçəçioğlunun sözlərinə görə, qızı ötən il martın 21-də pişiklə oynadığı zaman heyvanlar stolun üstünə çıxıblar. Bu zaman o, əsəbiləşib və tərliklə qızının xatırlamadığı nahiyələrinə zərbələr vurub. Zərbələrin təsirindən qızcığaz huşunu itirib. Qadın tez  hadisə barədə anasına məlumat verib. Anası gəldikdən sonra Şərifə və qızı Elif xəstəxanaya yerləşdiriliblər. Lakin bu rada 6 gündən sonra qızcığaz vəfat edib.
Qızın ölümü ilə Şərifə polis əməkdaşları tərəfindən saxlanılır və istintaqa təhvil verilir.
Məhkəmədə sənədlərin çatışmadığı bildirilib və proses təxirə salınıb.
Gundelik-Baku.Org